Polisə çağırılmışam, getməyə bilərəm?

SOSİAL
21:02 / 10.06.2024
804

Hit.az redaksiyasına müraciət daxil olub. izləyicimiz Emin Mehrabov soruşur ki, polis idarəsinə çağırılarkən hansı hallarda getməmək olar?

Hit.az-a açıqlama verən hüquqşünas Elvin Babayev bildirib ki, əgər hər hansı bir cinayət işinin açılması üçün şahid qismində dəvət olunursa, ifadə vermək vətəndaşın borcudur.Əgər vətəndaş getmirsə, bu onun üzərinə məsuliyyət qoyur və cinayət məsuliyyətinə cəlb oluna bilər. Lakin hər hansı bir vətəndaşın şikayəti üzrə izahat verməyə dəvət olunursa, getməyə bilər. Bəs bunu necə müəyyən etmək olar? Vətəndaş evinə bildiriş göndərilməsini tələb edə bilər. Bildirişdə onun hansı məqsədlə polis idarəsinə çağırıldığı qeyd edilməlidir”,- deyə hüquqşünas bildirib.

Murad

0