Sosial şəbəkələrin ailə dəyərlərinə təsiri

SOSİAL
20:39 / 18.07.2024
509

Son illər Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı artır. Bəzi mütəxəssislər bildirir ki, sosial şəbəkə istifadəçilərinin sayının artması  milli mənəvi dəyərlərin məhv olmasına, ailə dəyərlərinin yox olmasına səbəb olur.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, sosial şəbəkələr ailə daxili münasibətlərin pozulmana şərait yaradır: 

“Ailə mövcuddursa, orda problem ola bilər, narahatçılıq da. Bu zaman sosial şəbəkələr başlayır dırnaqarası psixoloq rolunu oynamağa. Orda kiminləsə yazışır, söhbət edir. Biri var işgüzar söhbət, biri var mənəvi. Nəticədə emosional bağlılıq yaranır. İnsan özünü qarşı tərəfə borclu hesab edir, onun üçün yaxşı olmağa, onunla ünsiyyətdə olmağa çalışır, onsuz darıxır. Və bütün bunlar zaman keçdikcə ailə daxili münaqişələr, konfliktlər yaratmağa başlayır. Sosial şəbəkələr bu işdə insanları təhrik edir, ailə daxili münasibətlərin pozulmasına rəvac verən funksiyanın yerinə yetirir. İnsanlar, xüsusiıə də ailələr diqqətli olmalı, qabaqlayıcı tədbir görmək lazımdır”.

Sevinc
 

0