Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Azərbaycan vətəndaşlığını necə almaq olar?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, Azərbaycanda vətəndaşlıq almaq üçün 5 il fasiləsiz daimi yaşayış, qanuni gəlir mənbəyi, ölkə qanunlarına əməl etmək və Azərbaycan dilini bilmək tələb olunur.
“Əcnəbi şəxs prosesə yaşayış icazəsi almaqla başlamalıdır. Müvəqqəti yaşayış icazəsi ilə 2 il ölkəmizdə qaldıqdan sonra daimi yaşayış üçün müraciət etmək olar. Praktikada müvəqqəti yaşama icazəsi 3-12 ay müddətinə verilir. 5 illik müddət daimi yaşayış sənədinin verildiyi gündən etibarən hesablanır. Müraciətlər Dövlət Miqrasiya Xidmətinə təqdim olunur”, deyən hüquqşünas əlavə edib ki, ölkəmizdə vətəndaşlıq vermək səlahiyyəti Prezidentə aiddir.
Qeyd edək ki, İran vətəndaşlarına Azərbaycanda vətəndaşlıq verilməsi məsələsində istisnalar var.
Murad