Depressiya hər insanın həyatının müəyyən bir mərhələsində üzləşdiyi durumdur.
Həyatdakı çətinliklər, maddi sıxıntılar, ailədaxili və ya digər insanlarla münasibətlər, uzunmüddətli ümidsizlik və s. depressiyaya səbəb olur.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki,depressiya halı yaşayanlardan xroniki yorğunluğun əsas səbəbləri sırasında immun sisteminin zəifliyidir:
“Fiziki iş, gündəlik rejimi düzgün formalaşdırmağa və aktiv həyata keçməyə çalışmaq lazımdır. Motivasiya və özünəinam hissinin zəif olması, hadisələrə ümidsiz və inamsız yanaşmaq əhval-ruhiyyəni aşağı salır və bu da iş qabiliyyətinin zəifləməsinə səbəb olur. Ümumiyyətlə, insanın depresiyaya düşməsi və ya bu vəziyyətdən özünü onun özündən asılıdır. Heç nə etməyib, ancaq negative fikirləşmək istər-istəməz insanı depresiyaya salır. Özündə güc tapıb, hər şeyin yaxşı olacağını fikirləşən insan bu vəziyyətdən özünü çıxardar. Onu da deyim ki, depressiyanı aradan qaldırmağın yollarından biri də canlı ünsiyyətlərdir. Hətta araşdırmalar göstərir ki, dostları, qohum-əqrəbası ilə canlı ünsiyyəti çox olan insanlar daha uzunömürlü olurlar. Məsələnin kökü buradadır. Deməli, individuallıq burada eqoistlik mənasındadır. Hər kəs özünü düşünür. Bu, insanda depressiya yaradır”.
Sevinc