Boşanmalara səbəb digər qadınlardır? - Psixoloq fikri

SOSİAL
14:07 / 06.09.2024
490

"Hər kəs boşanma səbəbinə görə özünü haqlı görə bilər".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, boşanmaların səbəbləri çox fərqli olur:

"Azərbaycanda boşanma səbəbi təkcə başqa qadına görə olmur. Hətta deyərdim ki, çoxşaxəli olur. Məsələn, qayınanın, qayınatanın, baldızın, qaynın və yaxud da digər qohumların ailəyə müdaxiləsi boşanmaya səbəb ola bilir. Bunun hər iki tərəfinin qohumlarının olması mümkündür. Bəzi gənclər həyatlarına kənardan müdaxilələrə davam gətirə, dözə bilmirlər. Bu da boşanmalara gətirib çıxarır".

Həmsöhbətimiz qeyd edib ki, maddiyyat da boşanmalara səbəb ola bilir:

"Maddi vəziyyətin yaxşı olmaması bir müddət ailə üçün mübarizə apardıqdan sonra boşanmalara gətirib çıxarır. Xüsusilə bəyin pulu evə deyil kənar yerlərə, zərərli şeylərə və ya başqa qadına xərcləməsi buna səbəb olur. Bəzən də övlad olmadığı üçün ailələr dağılır. Bir çox hallarda isə xarakterlər uyğun gəlmədiyi üçün cütlüklər ayrılmağa qərar verirlər. Boşanmanın səbəbləri hər ailəyə görə fərqli olur".

357590

Psixoloqun sözlərinə görə, hər zaman başqa qadınlar boşanmağa səbəb olmur:

"Yəni hər boşanmaların əksəriyyəti üçün ikinci qadının olduğunu deyə bilmərik. Hətta bəzən evli kişinin həyatında başqa bir qadın olsa da, heç kimin ondan xəbəri olmur. Yəni ikinci qadın hər zaman boşanma səbəbi olmaya bilər. Gördüyünüz kimi səbəblər müxtəlifdir. Onu da əlavə edib edim ki, bəzi qadınlar həyat yoldaşlarının onlara xəyanət etməsinə belə göz yumurlar. Amma hər şeyə rəğmən, xəyanəti əsla bağışlamayaraq boşanan qadınlarımız da var".

Lakin Nabat Mirzəyeva kişilərin digər qadınlara görə dağılan ailələrində sayının çoxaldığını deyib:

"Bütün bunlara baxmayaraq, kənar qadınlara görə olan boşanmalar da getdikcə artmağa başlayıb. Sözsüz ki, burada sosial şəbəkələrin də rolu var. Çünki insanlar sosial şəbəkələr vasitəsilə hər kəslə rahat şəkildə əlaqə qura bilirlər. Bu da bir çox hallarda boşanmalara gətirib çıxarır".

Pərviz

0