Pul qazanmaq üçün yaşlılardan istifadə etməyin

SOSİAL
23:34 / 17.04.2025
106

Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində gənclər ağsaqqal və ağbirçəkləri vulqar formada təqdim edir.

Belə ki, bu işlə məşğul olanlar üzlərinə yaşlı qadın və ya yaşlı kişi maskası taxaraq, əyləncə məkanına daxil olur. Və onlar zalda onlarla biryerdə biədəb formada disko mahnıları oynayırlar.

Azərbaycan xalqının milli dəyərlərindən biri də ağsaqqal və ağbirçəklərə hörmət etməkdi, onları gülüş obyektinə çevirmək yox.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, reklamın da bir çərçivəsi, strategiyası var: 

“Hər kəs pul qazanmaq istəyir, ancaq dəyərləri qorumaq lazımdır.Bu gün TikTok platformasında bir qrup var ki, onlar sırf qeyd edilən xidmətlə məşğuldur. Yaşlı insan obrazına girirlər və məkana daxil olaraq iyrənc rəqs edirlər. 70-80 yaşlı qadın o cür  rəqs edə bilməz? Azərbaycan ağbirçəyi, ağsaqqalı hər zaman başda oturulub, hörmət edilib. Həmin görüntülərə baxanda məlum olur ki, bu işlə məşğul olanlar öz böyüklərinə hörmət qoymur. Azərbaycan ağsaqqalı, ağbirçəyi o cür alçaldılamamılıdır, pulu başqa cürdə qazanmaq olar. Qocalara, yaşlılara dəyməyin”.

Sevinc

0