Bu kənddə yeni məktəb tikiləcək

TƏHSİL
20:39 / 05.11.2026
41

Sabirabad rayonu, Şəhriyar kənd M.Məlikov adına tam orta məktəbin tikintisi işləri aparılacaq.

Bu bərədə İqtisadiyyat.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib.

Belə ki, 624 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin aparılması nəzərdə tutulub.

Sözügedən işlərin icrasına 9,1 milyon manat vəsait sərf olunacaq.
 

0