“WhatsApp” onlayn mağazaya çevrilir

TEXNO
10:20 / 30.08.2022
4517

Hindistanda "WhatsApp" istifadəçiləri artıq proqramdan çıxmadan alış-veriş edə bilərlər.

Hit.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, messencer e-ticarət şirkəti "JioMart" ilə tərəfdaşlıq elan edib.

Ekspertlər bunu "WhatsApp"ın supertətbiq ambisiyalarının başlanğıcı adlandırıblar.

Onların fikrincə, messencerin sahibi onu "WeChat" kimi bir proqrama çevrmək istəyir. Orada həyat üçün lazım olan hər şeyi etmək mümkün olacaq: Ünsiyyət qurmaq, alış-veriş etmək, müxtəlif yerlərə baxmaq və s.

0