Dünyanın ən çox satılan elektromobillərinin adı bəlli olub.
Hit.az xəbər verir ki, "J.D. Power" analitik şirkəti məlumat dərc edib.
Şirkət elektromobil sahiblərinin ən çox hansı markalardan razı qaldığını açıqlayıb.
"BMW i4" premium elektrikli avtomobillər sıralamasında zirvədə yer alıb. "Rivian R1T" pikapı ikinci, "R1S krossover" modeli isə üçüncü yeri tutub. Növbəti sıralarda isə "Tesla"nın 2 modeli qarşımıza çıxır. Belə ki, "Tesla Model 3" dördüncü, "Tesla Model Y" avtomobili isə beşinci sırada qərarlaşıb.
Qiymətlərinə görə ən çox razı qalınan modellər də bəlli olub. "MINI Cooper SE Hardtop" birinci, "Ford Mustang Mach-E" ikinci, "Hyundai Ioniq 6" isə sərfəli elektrikli avtomobillər siyahısında üçüncü olub.
Pərviz