Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" daha bir sürpriz addım atıb.
Hit.az xəbər verir ki, şirkət maraqla gözlənilən elektrikli avtomobil layihəsi "Trinity"-ni təxirə salıb.
"Tesla"ya rəqib olacağı deyilən avtomobilin istehsalı ilə bağlı çalışmalar dayandırılıb. "Volkswagen" sözügedən modelin istehsalının 2030-cu ilə qədər təxirə salındığını açıqlayıb. Layihədəki gecikmələrin bu addıma atmağa vadar edildiyi vurğulanıb.
Xatırladaq ki, "Volkswagen" bir müddət öncə başqa avtomobillərinin də istehsalını qarşıdakı illərə təxirə saldığını açıqlayıb.
Pərviz