İkinci Dünya Müharibəsi dövründə dönüş nöqtəsindən sonra Stalin Hitleri və Üçüncü Reyxin bütün hərbi rəhbərliyini ələ keçirməyə ümid edirdi.
Tarixçilər hesab edirlər ki, Stalin Stalinqrad döyüşündəki qələbədən sonra Hitleri ələ keçirmək üçün plan hazırlamağa başlayıb, lakin onun planları gerçəkləşməyib.
Lent.az xarici mediaya istinadla Stalinin Hitler əsir düşəcəyi təqdirdə onunla nə etməyi planlaşdırdığı haqda məlumat verir.
Ədalətli cəza
Nasist Almaniyasının bütün rəhbərliyi üçün ədalətli cəza haqqında ilk dəfə 1943-cü il noyabrın 1-də danışılırdı. Məhz həmin gün bütün nasist cinayətkarlarının ədalətli məhkəməyə verilməsini nəzərdə tutan Moskva Bəyannaməsi dərc olunub.
Bu arada Qərb mediası Stalinin Üçüncü Reyxin bütün generallarını və liderlərini edam etmək istədiyi barədə məlumatları fəal şəkildə yayırdı, lakin bu, sadəcə ironiya idi. Stalin başa düşürdü ki, Qərb ölkələri Almaniya liderlərinin edamına icazə verə bilməz və buna görə də zarafatla eyni şeyi daim təkrar edirdi.
Bu arada, 1943-cü ilin sonunda Stalin Qərb ölkələrinin başçılarının faşist Almaniyasının rəhbərliyi üçün beynəlxalq tribunalın yaradılmasına icazə vermək istəmədiyi barədə məlumat alır.
Stalin üçün bu, prinsipial məsələ idi, o, buna yol vermək istəmirdi, çünki əks halda o, mübarizəni Qərb ölkələrinə uduzardı və buna görə də o, daim Almaniya hakimiyyəti üçün beynəlxalq tribunal yaradılmasında israr edirdi.
Stalin Almaniyanın gələcəyini necə görürdü?
Stalin Almaniyanın bölünməsinə qarşı idi. O, belə hərəkətlərin yeni müharibəyə səbəb ola biləcəyinə inanırdı və buna görə də ölkənin parçalanmasının qarşısını almağa çalışırdı. Amma Qərb siyasətçiləri ölkənin bölünməsində israrlı idilər və müxtəlif variantları nəzərdən keçirirdilər.
1945-ci ildə keçirilən Yalta konfransı bütün məsələlərə son qoyur. Əvvəlcə Qərb siyasətçiləri qiyabi olaraq Üçüncü Reyxin bütün rəhbər şəxslərini ölümə məhkum etmək qərarına gəlirlər, lakin Stalin Almaniyanın bölünməsi ilə razılaşaraq beynəlxalq tribunalın qərarını "sındırır".
Stalinin Qərb siyasətçiləri ilə razılaşmaq qərarı olduqca vaxtında idi, çünki İkinci Dünya Müharibəsinin sonunda Hitler intihar edir və Sovet hökmdarının əsas hədəfi isə Hitler idi.