2 min nəfərin qatili tutuldu - 22 il gizlənməyi bacarıb

22:00 / 25.05.2023
244

Ruandada 1994-cü ildə törədilən soyqırımda Nyanq Katolik Kilsəsində 2000 Tutsi qaçqınının qətlə yetirməsində ittiham olunan Fulqence Kayişema həbs olunub.

HİT.az xəbər verir ki, o, 2001-ci ildən axtarışda idi. BMT-nin Ruanda Beynəlxalq Cinayət Məhkəməsi 2000 Tutsinin qətlini planlaşdırmaqda günahlandırılan Kayişemanın Cənubi Afrikada tutulduğunu açıqlayıb.

Cinayət Məhkəmələrinin Beynəlxalq Mexanizmi üzrə prokuroru Serj Brammertz bildirib ki, Fulqence Kayişema 20 ildən artıq gizlənməyi bacarıb: "Nəhayət, həbsi ilə o, törətdiyi cinayətlərin cəzasını çəkəcək".

Cənubi Afrika səlahiyyətlilərinə də təşəkkür edən Brammertz Fulqence Kayişema ilə bağlı aparılan istintaqın Afrika və onun hüdudlarından kənarda bir çox ölkəni əhatə etdiyini, onun ələ keçirilməsinin Cənubi Afrika rəsmilərinin dəstəyi və əməkdaşlığı sayəsində mümkün olduğunu bildirib. 

Birləşmiş Millətlər Təşkilatı 2012-ci ildə işi Ruanda səlahiyyətlilərinə təhvil verdiyi üçün Fulqence Kayişema birbaşa ölkəyə aparılacağı gözlənilir.

Ekstremist Hutu rejimi tərəfindən 1994-cü ildə yerli hakimiyyət orqanları və rejim tərəfdarlarının əli ilə törədilən soyqırımda 800 min etnik tutsi və hutu öldürülüb. Soyqırımın arxasında duran digər şəxs - Felisien Kabuqa 26 illik qaçaqlıqdan sonra 2020-ci ilin mayında Fransada həbs edilib.

Samir

0