BƏƏ və Misir arasında 10 milyard dollarlıq müqavilə

DÜNYA
20:43 / 07.06.2023
249

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bərpa olunan enerji şirkəti "Masdar" Misirdə dəyəri 10 milyard dollardan çox olan külək enerjisi layihəsi üçün Qahirə administrasiyası ilə razılaşma əldə edib.

HİT.az ölkənin rəsmi agentliyi WAM-a istinadən xəbər verir kiI, "Masdar" və digər tərəfdaşlar Misir Yeni və Yenilənə bilən Enerji Təşkilatı ilə müqavilə imzalayıb.

Misirin paytaxtı Qahirədə baş nazir Mustafa Medbuli və BƏƏ-nin sənaye və texnologiya naziri Sultan Əhməd əl-Cabirin də qatıldığı imzalanma mərasimində razılaşmanın açıqlanacağı bildirilib.

Ümumi dəyərinin 10 milyard dolları keçəcəyi vurğulanan layihənin Misirin 2030-cu ilə qədər quraşdırılmış enerjinin 42 faizini bərpa olunan enerjidən əldə etmə hədəfinin reallaşmasına töhfə verəcəyi ifadə edilb.

Xəbərdə layihənin həyata keçirilməsi ilə Misirin hər il təbii qaza 5 milyard dollar qənaət edəcəyi qeyd edilib.

BƏƏ və Misir 2022-ci ilin noyabrında 10 giqavatlıq külək enerjisi layihəsi üçün ilkin razılaşma imzalayıb.

Misir hər il hasil etdiyi 64 milyard kubmetr təbii qazın böyük hissəsini istehlak edir. Qahirə rəhbərliyi bərpa olunan enerji mənbələri ilə daxili istehlakı azaltmaqla təbii qaz ixracını artırmağı hədəfləyir.

Samir

0