Keçmiş baş nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur

DÜNYA
17:53 / 03.04.2024
162

Polşanın Ali Nəzarət Məhkəməsi respublikanın keçmiş baş naziri Mateuş Moravetskinin (2017-2023) yerli özünüidarəetmə orqanlarının maliyyələşdirilməsində səlahiyyətlərindən sui-istifadə etdiyini üzə çıxarıb.

HİT.az xəbər verir ki, bu barədə Ali Nəzarət Məhkəməsinin saytı məlumat yayıb.

"Ali Nəzarət Məhkəməsi yerli özünüidarəetmə orqanlarına maliyyənin ayrılmasının düzgünlüyünə dair yoxlamalar zamanı toplanmış sübutların təhlili nəticəsində cinayət şübhəsi barədə bildiriş göndərir, xüsusən də Polşanın Cinayət Məcəlləsi keçmiş baş naziri, keçmiş maliyyə naziri, keçmiş maliyyə nazirinin müavini və bu hərəkətlərə görə məsuliyyət daşıyan digər dövlət məmurlarına münasibətdə", deyə qeyd edilib.

Qeyd olunur ki, keçmiş baş nazirin hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti vəzifələrini yerinə yetirməmək kimi tövsif edilir. Nəzarət orqanı yerli özünüidarəetmə orqanlarının aşkar edilmiş pozuntulardan itkilərini 4 milyard zloti (təxminən 1 milyard dollar) qiymətləndirir.

Samir

 

0