Makron: "Rusiya Olimpiada zamanı informasiya hücumları həyata keçirəcək"

DÜNYA
17:33 / 04.04.2024
148

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Parisdə keçiriləcək Olimpiada zamanı informasiya hücumları həyata keçirmək niyyətindədir. 

HİT.az xəbər verir ki, Fransa prezidenti bu barədə Paris yaxınlığındakı Sen-Denidə Olimpiya Mərkəzinin açılışında jurnalistlərə bildirib.

"Mənim heç bir şübhəm yoxdur. Xüsusilə də, məlumat baxımından. Rusiya bizim heç nə edə bilməyəcəyimizlə bağlı iddiaları daim gücləndirir", deyə Makron qeyd edib.

Bazar ertəsi Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot France "Info" telekanalında qeyd edib ki, rəsmi Paris mütəmadi olaraq xəyali Rusiya təhlükəsindən danışır. Eyni zamanda, onun sözlərinə görə, Birləşmiş Ştatlar Fransanın siyasi həyatına daim müdaxilə edir və Vaşinqton tərəfindən maliyyələşən məsləhətçilər mütəmadi olaraq "NATO povestini yayan" fransız televiziya kanallarında çıxış edirlər. Filippo təəssüfləndiyini bildirib ki, heç kim bunu fərq etmir.

Samir

0