WP: İran İsrailə cavab hazırlayır, lakin böyük qarşıdurma istəmir

DÜNYA
15:20 / 05.04.2024
173

Tehran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra cavab tədbirləri görməyə hazırlaşır. Amma İran Yaxın Şərqdə münaqişənin qızışmasından və daha geniş qarşıdurmaya çəkilməsindən qaçmağa çalışır. 

HİT.az xəbər verir ki, bu barədə "Washington Post" mənbələrə istinadən yazıb.

"İranın bütün aqressiv ritorikasına görə, o, yəqin ki, istənilən cavabı diqqətlə nəzərdən keçirəcək. Ölkə hələ də İsraillə mübarizə aparan və bütün Yaxın Şərqdə əsas müttəfiqi olan ABŞ-a hücum edən proksi qüvvələrini dəstəkləmək qabiliyyətini qoruyaraq, bahalı müharibəyə cəlb olunmamağa ümid edir", deyə nəşr adı açıqlanmayan analitiklərə, Qərb rəsmilərinə və İranın dəstəklədiyi yaraqlı qruplara yaxın mənbələrə istinadən bildirib.

İranın dəstəklədiyi Livanın Hizbullah hərəkatı ilə əlaqəsi olan adı açıqlanmayan mənbənin sözlərinə görə, Tehran israillilərin regional müharibəni təhrik etmək və ya hazırkı müharibəni genişləndirmək üçün onları qəsdən reaksiyaya sürüklədiyinə inanır.

Qeyd edək ki, aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna hücum edib. İDF-nin sözçüsü Daniel Həcəri bildirib ki, bina konsulluq deyil, Dəməşqdə mülki bina kimi maskalanmış İran Qüds Qüvvələrinin hərbi binasıdır. İsrail rəsmiləri "The New York Times"a hücumun İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyiblər.

Zərbə zamanı binada iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın beş zabiti olub. Onların hamısı ölüv. "The New York Times" qəzeti anonim qalan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib. Onların sözlərinə görə, hədəf general Zahedi olub.

Daha sonra CNN məlumat yayıb ki, ABŞ İsrailin İranın Suriyadakı konsulluğuna zərbə endirməsindən xəbəri olmayıb və bunda iştirak etməyib. Co Baydenin administrasiyası birbaşa İrana bildirib ki, Vaşinqtonun bundan xəbəri yoxdur. Telekanalın digər mənbələri bildiriblər ki, Ağ Evə Suriyadakı əməliyyat barədə İsrail təyyarələri artıq havada olarkən məlumat verilib və onların hədəfi məlum deyil.

Samir

0