Norveç öz qoşunlarını Ukraynaya göndərə bilər

DÜNYA
21:06 / 05.04.2024
174

Norveçin xarici işlər naziri Espen Bart Eide krallığın çox uzunmüddətli perspektivdə öz qoşunlarını Ukraynaya göndərəcəyini istisna etməyib.

HİT.az bu barədə Ukraynanın "European Pravda" nəşrinə istinadən xəbər verir.

"Çox uzunmüddətli perspektivdə düşünmürəm ki, biz prinsipial olaraq nəyisə istisna etməliyik", deyə nazir bildirib.

O əlavə edib ki, Norveçin münaqişənin birbaşa tərəfi olmaq arzusu yoxdur. Onun sözlərinə görə, bu, dünya müharibəsinə səbəb ola bilər və Norveç bunu istəmir.

Eide həmçinin izah edib ki, Şimali Atlantika Alyansına üzv dövlətlər Ukraynaya təlimatçı və müşavirlərin göndərilməsini müzakirə edirlər, lakin döyüş birləşmələri yox.

Aprelin əvvəlində Böyük Britaniyanın xarici işlər naziri David Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini istisna etmişdi. Britaniyalı nazir əmin edib ki, London Kiyevi dəstəkləmək üçün "NATO arxitekturası"ndan istifadə edəcək, lakin "NATO-nun Ukrayna üçün missiyası" ilə "NATO-nun Ukraynadakı missiyası" arasında fərq var.

Samir

0