Ukrayna ordusunda əsgər problemi: "Bəzi kəndlərdə artıq kişi qalmayıb"

DÜNYA
21:39 / 05.04.2024
180

Ukrayna Silahlı Qüvvələri ölkənin bəzi bölgələrində kişi çatışmazlığı fonunda kəskin əsgər azlığı yaşayır. 

HİT.az xəbər verir ki, bu barədə Fransanın “France 2” telekanalı məlumat yayıb.

Jurnalistlər xatırladıblar ki, Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda hərbi xidmətə çağırış yaşının 27-dən 25 yaşa endirilməsi haqqında qanun imzalayıb.

"Bəzi kəndlərdə artıq kişi qalmayıb, qadınlar fabriklərin işinə dəstək olurlar", deyə materialda qeyd olunur.

Buna misal olaraq 20 min insanın yaşadığı Ukraynanın Kamenka kəndini göstərmək olar. "İndi kəndin küçələrində ancaq uşaqlara və qocalara rast gəlmək olar, çünki 1300 kişi cəbhəyə gedib", deyə müəlliflər qeyd edir.

Media 2022-ci ildən sonra Ukraynada qadınların getdikcə daha əvvəl kişilərin tutduğu postları tutmağa başladığına diqqət çəkib.

Samir

0