Fransalı siyasətçi: \"NATO-da qalmaq son dərəcə təhlükəlidir\"

20:20 / 05.04.2024
184

"Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır, bu təşkilatda qalmaq son dərəcə təhlükəli olur". 

HİT.az xəbər verir ki, bu fikri X sosial şəbəkəsində Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib.

O, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib.

"Dəli və son dərəcə təhlükəli Amerika bəyanatı! Gəlin bu tələdən tezliklə qurtulaq, NATO-nu tərk edək və sülhü bərqərar edək", dey Filippo yazıb.

Siyasətçinin fikrincə, ABŞ-ın hərəkətləri dünyanı üçüncü dünya müharibəsinə yaxınlaşdırır, onun ilk qurbanları Avropa ölkələri, o cümlədən Fransa olacaq.

Aprelin 4-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Ukrayna NATO-ya üzv olacaq və Şimali Atlantika Alyansının iyulda keçiriləcək sammiti bu istiqamətdə "körpü qurmağa" kömək edəcək.

Aprelin 5-də amerikalı senator Mayk Li bildirib ki, ya ABŞ, ya da Ukrayna NATO-da ola bilər, amma hər iki ölkə ola bilməz. Amerikalı sahibkar və iş adamı İlon Mask isə Ukraynanın Şimali Atlantika Alyansına qoşulması ideyasını nüvə apokalipsisi haqqında filmlə müqayisə edib.

Samir

 

0