Ukrayna Aİ-nin səmanı Rusiya və Belarusa bağlamasını istəyir

DÜNYA
10:14 / 06.04.2024
165

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev Rusiya və Belarusa hava tranzitinə qadağa tətbiq etməyi təklif edib. 

HİT.az xəbər verir ki, bu barədə Rada telekanalı məlumat yayıb.

"Bizim fikrimiz rus bizneslərinin və rus turistlərinin Avropa İttifaqı səmalarından rahat istifadə etmələrinin qarşısını almaqdır", deyə baş nazir bildirib.

Ukraynanın baş naziri aydınlaşdırıb ki, Avropa İttifaqı səması artıq Rusiya donanması üçün bağlıdır, lakin hazırda Rusiyaya və Rusiyadan hər hansı uçuşlar üçün tranzitin bağlanması müzakirə olunur.

Denis Şmıqal qeyd edib ki, belə bir addım Moskva üçün logistika problemi yaradacaq, onu bahalaşdıracaq, həm də narahatlığa səbəb olacaq. O, Litva, Estoniya və Latviyanın bu təklifi dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Rusiya aviaşirkətləri üçün xaricə uçuşlarla bağlı çətinliklər 2022-ci ildə Avropa İttifaqı sanksiyaları səbəbindən təyyarələrinin ələ keçirilmə riski fonunda yaranıb. Bundan əlavə, Avropa İttifaqı ölkələri Moskvanın Donbası ələ keçirmək üçün keçirdiyi xüsusi əməliyyata cavab olaraq səmanı Rusiyaya bağlamaq qərarına gəlib.

Öz növbəsində, 28 fevral 2022-ci il tarixində Avropa İttifaqının hava məkanını Rusiya aviaşirkətləri üçün bağlamaq qərarına cavab olaraq, Rosaviation Rusiya ərazisi üzərindən 36 ölkənin daşıyıcılarına uçuşları məhdudlaşdırıb. Bu dövlətlərdən uçuşlar Federal Hava Nəqliyyatı Agentliyi və ya Rusiya Xarici İşlər Nazirliyinin verdiyi xüsusi icazə ilə həyata keçirilə bilər.

Bundan əvvəl Avropa İttifaqı öz hava məkanını Türkiyənin "Southwind" aviaşirkətinin üzünə bağlamışdı. Həmin şirkət Rusiya ilə əlaqədə ittiham olnur. 

Samir

0