Almaniyanın 600 min ehtiyat hərbçiyə ehtiyacı var

14:02 / 06.04.2024
163

Alman Ehtiyatçılar İttifaqının rəhbəri Patrik Zensburq deyib ki, Almaniya ordusu fövqəladə hallarda dövlətin təhlükəsizliyini təmin etmək üçün daha 600 min ehtiyatda olan əsgəri cəlb etməlidir. 

HİT.az xəbər verir ki, o, fikirlərini "Bild" qəzeti ilə bölüşüb.

Zensburqun sözlərinə görə, hazırda Almaniyada sayı təxminən 200 min nəfər olan fəal hərbi qulluqçulara daha 600 min ehtiyatda olan hərbçi əlavə etmək lazımdır, çünki ölkəni müdafiə etmək üçün ən azı 800 min əsgər lazımdır.

"Müdafiə vəziyyətində ölkəmizi və infrastrukturumuzu təmin etmək, Almaniyadakı tərəfdaş ölkələrə maddi-texniki dəstək vermək üçün ehtiyatda olan hərbçilərə ehtiyacımız var", deyə İttifaqın rəhbəri vurğulayıb.

Zensburq həmçinin bildirib ki, Almaniya silahlı münaqişəyə girərsə, Berlin ehtiyatda olanlardan ibarət "ikinci və üçüncü müdafiə dalğaları" barədə düşünməli olacaq.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius demişdi ki, alman hakimiyyəti köhnə və yeni çağırışların həlli üçün öz ordusunun döyüş hazırlığını artırmağı planlaşdırır; bu dəyişikliklər son 35 ilin ən radikal hərbi islahatları olacaq.

Samir

0