Çin ABŞ-ın məhdudiyyətlərini artırmasından narahatlığını bildirdi

DÜNYA
16:53 / 06.04.2024
177

Çin Xalq Respublikası baş nazirinin müavini He Lifeng Amerikanın maliyyə naziri Canet Yellen ilə görüş keçirib və ABŞ-ın ticarət-iqtisadi sahədə məhdudiyyətlərin artması ilə bağlı narahatlığını bildirib. 

HİT.az xəbər verir ki, bu baerədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, ikitərəfli məsləhətləşmələr zamanı Pekin nümayəndəsi Vaşinqtonun tətbiq etdiyi sanksiyalardan ciddi narahatlığını ifadə edib. Eyni zamanda, Çin tərəfi ABŞ-a istehsal gücündən istifadə ilə bağlı problemlərə ətraflı cavab verib.

Materialda He Lifeng və Canet Yellen arasında "praqmatik və konstruktiv" fikir mübadiləsinin aparıldığı vurğulanır. Söhbət Amerika prezidenti Co Bayden və Çin lideri Si Szinpinin 2023-cü ilin noyabrında San-Fransiskoda görüş zamanı əldə etdikləri razılaşmalara uyğun olaraq baş tutub.

Bundan başqa, Çin və ABŞ nümayəndələri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və dünyadakı makroiqtisadi vəziyyəti müzakirə ediblər. Onlar həmçinin iqtisadi artım və çirkli pulların yuyulmasına qarşı mübarizə məsələləri üzrə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Samir

0