Finlandiya prezidenti: \"Rusiya müharibədə insanlardan alət kimi istifadə edir\"

19:20 / 06.04.2024
180

Finlandiya prezidenti Aleksander Stubb Rusiya ilə sərhədin bağlanmasını yaxşı qərar adlandırıb, çünki Moskva müharibədə miqrantlardan alət kimi istifadə edir.

HİT.az xəbər verir ki, o, bu barədə "Yle" televiziya proqramında bildirib.

Onun fikrincə, Rusiya Federasiyası ilə sərhədlərin bağlanması ilə bağlı Finlandiya hökumətinin qəbul etdiyi qərar, yönəlmiş miqrasiya ilə bağlı vəziyyətin gərginləşməsinin qarşısını alıb, çünki Rusiya özü ikili oyun oynayır.

"Birincisi odur ki, Rusiya, Putin insanlardan müharibədə alət kimi istifadə edir. Məsələnin ikinci tərəfi Rusiyanın səfərbərliyin rus kişilərinin Finlandiya vasitəsilə ölkədən qaçmağa başlamasına səbəb olacağı qorxusudur", deyə Stubb bildirib.

O, ümid edir ki, Finlandiya hökuməti parlamentdə yeni sərhəd qanununu təsdiq edə biləcək: 

"Bu, adi qaçqın və miqrantlardan deyil, insanlardan təsir aləti kimi istifadə etməkdən gedir. Və burada beynəlxalq qanunvericilik zamanla ayaqlaşmalıdır".

Bu həftə Finlandiya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayan 8-ci ölkə olub. Stubbın sözlərinə görə, saziş çərçivəsində Finlandiya böyük əməkdaşlığa hazırlaşır və hazırda Ukraynanın Aİ və NATO-ya yolunu açır. 

Samir

0