Berbokun İsraillə bağlı sözləri tənqid edildi: "Həyasız təhqirdir"

DÜNYA
18:12 / 09.04.2024
217

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Qəzza zolağında sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı İsrailə müraciəti və "burada artıq bəhanə yoxdur" ifadəsi nazirin diplomatiya sahəsindəki zəif bacarığından bəhs edir, onun bəyanatı İsrailə qarşı təhqirdir. 

HİT.az xəbər verir ki, bu fikri Alman Müəllimləri Assosiasiyasının rəhbəri Cozef Kraus "Tichys Einblick" nəşri üçün yazdığı məqalədə qeyd edib.

Bundan əvvəl Berbok X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində Almaniyanın Qəzza zolağının sakinlərinə humanitar yardımın çatdırılması ilə bağlı İsrailə müraciət edib. O, bu məqsədlər üçün Erez keçid məntəqəsinin və Aşdod limanının açılmasına nail olmaq lazım olduğunu vurğulayıb.

"Biz gözləyirik ki, İsrail hökuməti öz bəyanatlarını tez bir zamanda həyata keçirəcək. Artıq bəhanə yoxdur", deyə XİN başçısı bildirib.

Cozef Krausun fikrincə, belə bir ton İsrail tərəfi üçün "həyasız təhqirdir".

"Xarici işlər nazirinin uzun cümlələr cərgəsində İsrailə qarşı indiki təhqiri yəqin ki, bu günə qədər onun siyasi karyerasının ən böyüyüdür", deyə müəllif yazıb.

Samir

0