ABŞ ərə keçirdiyi İran silahlarını Ukraynaya verdi

DÜNYA
17:27 / 09.04.2024
224

ABŞ İrandan Yəməndə husilərə yük daşıyan gəmilərin yoxlanılması zamanı ələ keçirilən beş mindən çox silahı Ukrayna Silahlı Qüvvələrinə təhvil verib. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bu yükə AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri və RPQ-7 əl tipli tank əleyhinə qumbaraatanlar daxildir. Ukrayna bu silahları və 7,62 mm çaplı 500 mindən çox patronu aprelin 4-də alıb.

CENTCOM-un məlumatına görə, bu atıcı silahlar bir Ukrayna briqadasını təchiz etmək üçün kifayətdir. Komandanlığın bəyanatında deyilir ki, əməliyyat zamanı, 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər bu kiçik silahlarla Yəmənə gedən cəmi 4 yük gəmisi saxlanılıb.

Aprelin əvvəlində "Bloomberg" agentliyi bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberq alyansın ABŞ-da keçiriləcək sammitində hazırda Pentaqonun idarə etdiyi Kiyevə hərbi yardım üzrə təmas qrupunun təşkilatın nəzarətinə verilməsini təklif edəcək.

Samir

0