Keçmiş baş nazir İrana nüvə zərbəsi endirməyə çağırdı

DÜNYA
21:35 / 15.04.2024
193

Fransanın keçmiş baş naziri Manuel Vals İrana nüvə zərbəsi endirilməsinin mümkünlüyünü istisna etməyib. 

HİT.az xəbər verir ki, o, bu barədə LCI TV-yə müsahibəsində danışıb.

Keçmiş baş nazir bildirib ki, Paris Tehranın öz nüvə silahına malik olmadan və bütün diplomatik vasitələr tükənməzdən əvvəl belə bir addım atmalıdır.

Onun sözlərinə görə, diplomatik kanallar fəaliyyətini dayandırarsa, Fransanın zərbə vurma ideyası nəzərdən keçirilməlidir. Sabiq baş nazir vurğulayıb ki, Fransa maraqlar və narahatlıqlar haqqında əvvəlkindən daha çox düşünməlidir.

Manel Valls həmçinin Parisi hərbi münaqişəyə cəlb oluna biləcəyi ehtimalına hazırlaşmağa çağırıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron İsrailin Suriyadakı konsulluğa hücumuna cavab olaraq İranın zərbə endirməsinin qeyri-mütənasib olduğunu bildirib. Makron həmçinin vurğulayıb ki, yəhudi dövlətinin özünü müdafiə etmək hüququ var, lakin münaqişə tərəflərini eskalasiyanın qarşısını almaq üçün özlərini məhdudlaşdırmağa çağırmaq lazımdır.

Samir

0