Amerikalı milyarder: \"Bu, III Dünya müharibəsinin başlaması demək olacaq\"

20:15 / 16.04.2024
154

Amerikalı milyarder Devid Saks deyib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı dünyanın yeni dünya müharibəsinə girməsi demək olacaq. 

HİT.az xəbər verir ki, o, öz fikirlərini X sosial şəbəkəsində (keçmiş Twitter) amerikalı iş adamı Bill Akmanın yazısının altındakı şərhlərdə paylaşıb.

Akman deyib ki, Qərb ölkələri Ukraynanın səmasını qorusalar, dünyanın daha ​​təhlükəsiz olacağına inanır.

"Əgər siz uçuşa qadağan zonanı nəzərdə tutursunuzsa, bu, Rusiya təyyarələrinin vurulması deməkdir və dünya artıq III Dünya müharibəsinə girmiş olar", deyə milyarder yazıya cavab olaraq vurğulayıb.

Bundan əvvəl Devid Saks X sosial şəbəkəsində ABŞ Senatındakı Respublikaçılar Partiyasının lideri Mitç Mskkonnellin Ukraynaya yardım vasitəsilə Çin və Rusiyanı zəiflətmək barədə sözlərini xatırladıb. Keçən ilin payızında Makkonnell demişdi ki, Kiyevə dəstək Moskvanı zəiflətməyə və bununla da Pekini cilovlamağa kömək edir.

Samir

 

0