Olaf Şolts: "Heç bir ölkə nüvə silahından istifadə etməklə hədələyə bilməz"

DÜNYA
16:00 / 16.04.2024
147

Almaniya kansleri Olaf Şolts bildirib ki, heç bir ölkə nüvə silahından istifadə etməklə hədələyə bilməz. 

HİT.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.

"Tamamilə aydındır - biz burada Pekində keçirdiyimiz son görüşdə açıq şəkildə bildirdik - hətta nüvə silahından istifadə ilə bağlı təhdidlərə də yol verilməyəcək", deyə Şolts Çin lideri Si Szinpinlə birgə mətbuat konfransında deyib.

Aprelin 14-də Almaniya kansleri Çinə səfər edib. Bu səfər Şoltsun ​​Almaniya hökumətinin başçısı olaraq ikinci və 2024-cü ildə Qərb liderinin Çinə etdiyi ilk səfər olub.

Bundan əvvəl Şols bildirib ki, Si Szinpinlə gözlənilən görüş zamanı Çin liderinə Ukraynadakı münaqişə kontekstində Rusiyaya hərbi yardım göstərməməsi üçün müraciət edəcək.

Samir

 

0