ABŞ-ın dövlət borcu iki gündə təxminən 350 milyard dollar artıb

DÜNYA
21:18 / 03.10.2024
188

ABŞ-ın dövlət borcu iki gündə rekord həddə 347,6 milyard dollar artıb.

HİT.az bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Bazar ertəsi, köhnə maliyyə ilinin son günü olan 30 sentyabrda ABŞ-ın borcunun həcmi 143,3 milyard dollar artıb, yeni maliyyə ilinin ilk günü, oktyabrın 1-i axşama doğru borc daha 204,3 milyard dollar artıb.

Müqayisə üçün deyək ki, 2023-cü ildə maliyyə ilinin əvvəlindən suveren borcun artımı 315,7 milyard dollar, 2022-ci ildə isə 252,5 milyard dollar təşkil edib.

Beləliklə, maliyyə ilində baş verən dəyişiklik ABŞ-ın dövlət borcu tarixində ən bahalı oldu. Nəticədə borc 35,67 trilyon dollara yüksəlib.

Bu arada, Böyük Britaniyanın dövlət borcu avqustun sonunda ÜDM-in 100%-nə çatıb. Bu, ötən əsrin ortalarından bəri ölkə üçün rekord göstəricidir.

Samir
 

0