"Bloomberg": Tayvan Çinlə müharibə vəziyyətində bir neçə ay dözə biləcək

DÜNYA
18:53 / 15.01.2025
50

Materik Çinlə müharibə olacağı təqdirdə, Tayvan bir neçə aydan çox hərbi əməliyyatlar keçirə bilməyəcək. 

Hit.az xəbər verir ki, bu barədə yerli mənbəyə istinadən "Bloomberg" məlumat yayıb.

Agentlik yazır: “Ukraynadan fərqli olaraq Tayvanın bir neçə aydan artıq hərbi əməliyyatlar keçirmək imkanı yoxdur".

Mənbə qeyd edib ki, məhdud təchizat və tədarük kanalları ilə adanın çətin olacaq. Pekin adayı girişi bağlasa və ya karantin tətbiq etsə, Tayvan ordusu çətin ki, uzun müddət müqavimət göstərə bilsin.

"Bloomberg" iddia edir ki, Tayvanın çağırışçıları, ehtiyatda olan əsgərlər və peşəkar əsgərlər zəif təlim və aşağı maaş alırlar. Digər məsələlərlə yanaşı, bir çox ölkə vətəndaşları 4 aydan 1 ilədək uzadılan hərbi xidmətə çağırışla gənclərin xidmət müddətinin vaxt itkisi olduğundan şikayətlənirlər.

Ötən il dekabrın 1-də Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-ın Tayvana silah satışı Çin-ABŞ münasibətlərini pozur və Tayvan boğazında sabitliyi təhdid edir. Departament qeyd edib ki, bu cür qərarlar “vahid Çin” prinsipini və üç birgə Çin-Amerika kommünikesinin müddəalarını, ölkənin suverenliyi və təhlükəsizlik maraqlarını ciddi şəkildə pozur.

Samir

0