Almaniyada diqqətçəkən hesabat: 2001-ci ildən bəri ən yüksək səviyyəyə çatdı

DÜNYA
17:20 / 09.06.2026
50

Almaniyada ötən il siyasi motivli cinayətlərin 2001-ci ildən bəri ən yüksək səviyyəyə çatdığı bildirilib.

HİT.az xəbər verir ki, Almaniya Daxili İşlər naziri Alexander Dobrindt Federal Cinayət Polisi İdarəsinin (BKA) rəhbəri Holger Münx ilə birlikdə Berlində keçirdiyi mətbuat konfransında “2025-ci il Siyasi Motivli Cinayətlər Hesabatı”nı ictimaiyyətə təqdim edib.

Dobrindt bildirib ki, 2025-ci ildə siyasi motivli cinayətlərin sayı 85 min 837 hadisəyə çatıb və bu, statistikaların aparıldığı 2001-ci ildən bəri ən yüksək göstəricidir. Onun sözlərinə görə, “siyasi motivli cinayətlər yenidən ən yüksək səviyyəyə qalxıb. Həm sol, həm də ifrat sağ qanadda zorakılıq cinayətləri nəzərəçarpacaq şəkildə artıb”.

Nazir vurğulayıb ki, cinayətlərin böyük əksəriyyəti ifrat sağçı qruplar tərəfindən törədilib. O, “hazırda ən böyük təhlükə ifrat sağçılıqdan gəlir. Biz bütün növ ekstremizmlərə qarşıyıq və bu səbəbdən təhlükəyə qarşı alətlərimizi daha da genişləndiririk” deyib.

Hesabatda ifrat sağçı cinayətlərin sayının 42 min 544 olduğu və bunun ümumi cinayətlərin təxminən yarısını təşkil etdiyi qeyd olunub.

BKA rəhbəri Holger Münx isə bildirib ki, “cəmiyyətin qütbləşməsinin əsas səbəblərindən biri nifrət, təhrik və təbliğatın sosial mediada yayılmasıdır. Bu, radikallaşma proseslərini sürətləndirir və ən pis halda real dünyada ağır cinayətlərə gətirib çıxarır”.

Samir

0