Polşanın Baş naziri Donald Tusk ölkənin 2027-ci ildə müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artıracağını açıqlayıb.
Polşa 2027-ci ildə hərbi xərclərini ÜDM-in 5 faizinə çatdıracaq.
HİT.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasını açarkən bildirib.
Tusk ölkənin daha böyük maliyyə vəsaiti tələb edən prioritetlərinin olduğunu deyib: “Birincisi, bu, təhlükəsizlikdir. Büdcənin 5 faizi müdafiəyə ayrılacaq”.
Baş nazir əlavə edib ki, bu göstərici orta hesabla digər NATO üzvü ölkələrin xərclərindən iki dəfə çoxdur.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ötən il 2026-cı ildə ölkənin müdafiə xərclərinin tarixdə rekord həddə çatacağını açıqlamışdı. Cari ildə Polşanın hərbi büdcəsi ÜDM-in 4,7 faizi səviyyəsində planlaşdırılıb.
Bundan əvvəl Polşa Prezidenti Karol Navrotski ordudakı hərbçilərin sayının 300 min nəfərə çatdırılmasının planlaşdırıldığını bildirmişdi. 2025-ci ildə Polşa ordusunda 216 min hərbçi xidmət edirdi.
Samir


