Moldovanın Rusiyatönümlü keçmiş prezidenti İqor Dodon ölkədə kütləvi etiraz aksiyaları təşkil etmək niyyətində olduğunu açıqlayıb.
HİT.az xəbər verir ki, o, nümayişlərə səbəb kimi qaz tariflərinin artmasını göstərib.
Siyasətçi “Telegram” kanalında bildirib ki, hazırkı hakimiyyət “insanları yoxsulluğa sürükləyir”. Onun sözlərinə görə, məmurlar yaz aylarında daha ucuz qiymətə qaz tədarük etmədikləri üçün qaz tariflərinin 41 faiz artmasına yol veriblər.
“Bəzi insanlar qışda qaz üçün pul xərcləmək məqsədilə bütün il ərzində pul yığmalı olurlar. Bu, xalqa qarşı istehzadır. İnsanlar donmamaq üçün ac qalmağa məcbur olurlar”, deyə İqor Dodon iddia edib.
Dodonun fikrincə, “küçədə bir neçə yüz insanın olması vəziyyəti dəyişməyəcək”. O, etiraz aksiyalarında on minlərlə moldovalının iştirak etməli olduğunu vurğulayıb.
Siyasətçi etiraz tədbirlərinin dinc və qanuni keçirilməli, hakimiyyət qarşısında konkret tələblərin irəli sürülməli olduğunu bildirib.
“Bu planları vətəndaşlarla müzakirə edəcəyəm”, deyə Dodon əlavə edib.
Samir


