Polşa MN: Varşava Moskva və Minsk ilə bütün sərhəd-keçid məntəqələrini bağlamağa hazırdır

DÜNYA
17:15 / 21.08.2026
50

Polşa zərurət yaranacağı təqdirdə Rusiya və Belarusla sərhəddəki bütün keçid məntəqələrini tamamilə bağlamağa hazırdır. 

HİT.az xəbər verir ki, bu barədə ölkənin Baş nazir müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

Nazirin sözlərinə görə, Polşanın güc strukturları bu vəzifəni yerinə yetirmək üçün zəruri avadanlıq, anbarlar, istehkam qurğuları və möhkəmləndirmə vasitələri ilə təmin olunub. Polşa şərq sərhədini 7–14 gün ərzində bağlaya bilər. Bu barədə "RİA Novosti" məlumat yayıb.

Kosinyak-Kamış qeyd edib ki, ölkə zərurət yaranacağı təqdirdə sərhəddə istifadə oluna biləcək bir neçə min mina satın alır.

Bütün bu tədbirlər 2024-cü ildə başladılan "Şərq qalxanı" proqramı çərçivəsində həyata keçirilir.

Polşa bu proqram vasitəsilə dörd il ərzində şərq cinahında yeni hərbi infrastrukturun yaradılmasına 2,5 milyard dollar ayırmağı planlaşdırır. İnfrastrukturun Rusiya və Belarusla sərhədlərin gücləndirilmiş müdafiəsini təmin etməsi nəzərdə tutulur.

Samir
 

0