Azərbaycanın bank sektorunun xalis mənfəəti 45 %-ə yaxın artıb

İQTİSADİYYAT
20:27 / 30.03.2023
311

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 155,7 milyon manat xalis mənfəət əldə edib.

Hit.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,6 % çoxdur.

2 ay ərzində bankların əməliyyat gəlirləri 727,5 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 35 % çox), əməliyyat xərcləri 464,4 milyon manat ( 26,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 63,1 milyon manat (89,5 % çox), mənfəət vergisi ödəmələri isə 44,2 milyon manat (49,8 % çox) təşkil edib.

0