Azərbaycanda məşhur "Şah Market”lər şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qaynartinfo-nun məlumatına görə, nizamnamə kapitalı 98256 manat, qanuni təmsilçisi Hacıyeva Qənirə Ələkbər qızı olan "Şah Market” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 368 min 12 manat 34 qəpik vergi borcu var.
Qənirə Hacıyeva təsisçisi olduğu marketlər şəbəsi ilə bağlı yaranan vergi borcuna görə Ali Məhkəməyə müraciət edib.
Bundan əvvəl bütün məhkəmələrdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xeyrinə qərar çıxarılıb. Qənirə Hacıyevanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.