“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.
HİT.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşacaq.
Həmin oyun Bakı vaxtı ilə 14:30-da başlayacaq.
Günün ikinci matçında isə Azərbaycan çempionu saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gələcək.