2025-ci ildə Ukrayna Avropa İttifaqından büdcə dəstəyi üçün 30,6 milyard avro cəlb etməyi gözləyir.
Hit.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
“2025-ci ildə Avropa İttifaqı Ukraynaya büdcə dəstəyi üçün 30,6 milyard avro ayırır: 18,1 milyard avro Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən G7 ERA təşəbbüsünün bir hissəsi olan vəsait; 12,5 milyard avroUkrayna Mexanizmi çərçivəsində maliyyə yardımı", hesabatda deyilir.
Yığılan vəsait 2025 və 2026-cı illərdə dövlət büdcəsinin tələbatının ödənilməsinə yönəldiləcək.
Qeyd olunur ki, 2022-ci ilin fevralından Ukraynanın dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsi üçün Aİ-dən 45 milyard avro cəlb edilib.
2024-cü ildə Avropa İttifaqı Ukraynaya ən böyük donor olub və “Ukraine Facility” maliyyə aləti çərçivəsində 17,3 milyard dollar verib.
Samir