Nura Suri daha iki nəfəri polisə verdi

MAQAZİN
11:20 / 24.09.2023
833

Müğənni Nura Suri sosial şəbəkədə onun ünvanına təhqir yazan daha iki nəfəri polisə verib. 

HİT.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabınnda paylaşım edib.

"Bakı Şəhəri Baş Polis idarəsinə gəlmişəm. Şərhlərdə haqqımda təhqir və söyüş yazan kim varsa, onlar haqqında ərizə yazıram. Demək olar ki, onlarla tək mübarizə aparıram. Heç kəs heç kimə haqq vermir ki, tanımadığı insanı təhqir etsin, söyüş söysün.  

Nəzərinizdə olsun, əgər hardasa haqqımda nələrsə yazmısınızsa və mən bunu görmüşəmsə, bilin ki, haqqınızda ərizə yazılıb. Bu gün isə iki nəfərlə bağlı ərizə yazmağa gəlmişəm" - deyə, Nura bildirib.   

Qeyd edək ki, müğənni bir müddət əvvəl də paylaşım edərək sosial mediada onun ünvanına təhqir yazan istifadəçini polisə verdiyini açıqlamışdı.

0