Aygün Bəylərin bacısı soyadını dəyişdi

MAQAZİN
21:38 / 23.07.2026
51

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova soyadını dəyişdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, ifaçılıq fəaliyyəti ilə məşğul olan Zümrüd bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, bundan sonra Zümrüd Aygün adı ilə fəaliyyət göstərəcək:

"Qərarım belədir. Onun musiqilərini yaşatdığım kimi, adını da yaşadacağam: Zümrüd Aygün. Sağ olanda bunu mənə deyirdi. Amma qəbul etmirdim. Düşünürdüm ki, elə yanımda olması bəsdir".

Zümrüd əlavə edib ki, bu qərarı bacısının xatirəsini yaşatmaq və onun adını gələcək nəsillərə çatdırmaq məqsədilə verib.

Qeyd edək ki, Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində Türkiyədə xərçəngdən vəfat edib.

0