Kleopatra qara dərili olub? - Misirdə qalmaqal

MARAQLI
10:13 / 01.05.2023
996

Qədim Misir kraliçası Kleopatradan bəhs edən sənədli filmdə qadın hökmdarın qaradərili kimi təqdim olunmasına Misir hakimiyyəti sərt reaksiya verib və “tarixin saxtalaşdırıldığını” iddia edib.

HİT.az xəbər verir ki, britaniyalı aktrisa Adele Ceymsin baş rolda çəkildiyi "Afrika Kraliçaları: Kraliça Kleopatra" sənədli filmi qalmaqala səbəb olub. 

İki həftə əvvəl yayımlanan treylerdə buruq saçlı qara dərili qadın kimi təsvir edilən Kleopatra Misir rəsmilərinin diqqətini çəkib. Misirin Turizm və Qədim Əsərlər Nazirliyi Kleopatranın "açıq dərili" olduğunu göstərmək üçün monarxın büstünün şəkillərini paylaşıb. Nazirlik həmçinin Kleopatranın "açıq dərili" və "Yunan xüsusiyyətlərinə" sahib olduğunu qeyd edərək açıqlama yayıb.

Arxeologiya Ali Şurasının baş katibi Dr. Mustafa Vəzir həmçinin Kleopatranın bu cür təsvirinin "Misir tarixinin saxtalaşdırılması və aşkar tarixi səhv" olduğunu deyib. Layihənin dram serialı deyil, sənədli film kimi çəkildiyini bildirən Vəziri, tarixin saxtalaşdırılmaması üçün bunun faktlara əsaslanması lazım olduğunu vurğulayıb.  Vəziri əlavə edib ki, sənədli film hazırlanarkən arxeoloq və antropoloqlardan məlumat alınmalıdır. 

Açıqlamada üzərində Kleopatra şəkilləri olan əsər və sikkələrin şəkillərini paylaşılıb. Bildirilıib ki, Kleopatranın rəsmləri “Açıq dəri, düz burun və çıxıntılı dodaqlar kimi Yunan xüsusiyyətlərini" ortaya qoyur.

Tarixçi-professor Mustafa Həmdi Sayar: "Əslində heç kim Kleotparanın dəri rəngini bilmir. Tarixən sülalənin müxtəlif qarışıqları ola bilər. Bu antropoloji təfərrüatdır. Əmin olmaq üçün kifayət qədər məlumat yoxdur. Əlbətdə ki, serial ssenariləri bizim üçün məlumat deyil. Onlar üçün diqqət vacibdir".

Tarixçi Erkan Konyar: "Misirlilər açıq dərili qadınları, tünd dərili kişiləri çəkib təsvir edirlər. Cari şərhlər də bu təsvirlərə əsaslanır. Amma təsvirlərdən müəyyən nəcicələr əldə etmək mümkün deyil. Kleopatra misirlidir, bu dəqiqdir. Rənglə bağlı müzakirələri çox yersiz hesab edirəm. Amma Misirin Liviya bölgəsi ilə, yəni qara dərili bölgə ilə çox üzvi əlaqələri var idi. Kleoptranın da bunun təsiri altında olması təəccüblü olmazdı".

Sənədli filmin iranlı rejissoru Tina Qaravi tənqidlərə cavab verib. 1963-cü ildə çəkilən filmdə Hollivudun əfsanəvi ulduzu Elizabet Taylorun Kleopatra obrazını canlandırdığını xatırladan Qaravi "Misir kraliçasının Taylor qədər ağ olması mümkün deyildi", deyib.

Samir

0