Bir-birindən maraqlı məlumatları diqqətinizə çatdırmağa davam edirik.
Bu dəfə də fərqli mövzulara dair faktlara nəzər salacağıq. Təəccüblənəcəyiniz və yadda saxlamaq istəyəcəyiniz məlumatlar olacağına şübhə etmirik. Hətta elə məlumatlar var ki, onların doğru olduğunu düşünürük. Əslində isə reallıq elə deyil. Yəni doğru hesab etdiyimiz bəzi məlumatlar səhvdir. Onlara da baxacağıq.
"HİT Məlumatlar" qeyri-adi 10 faktı sizlər üçün təqdim edir:
1. Yumurta yeməyi xoşlayırsınız? Toyuq yumurtası kiçik və tez qaynayan olsa da, dünyada çox böyük yumurtalar da mövcuddur. Hətta dünyadakı ən böyük quş yumurtası dəvəquşuna aiddir. Onun uzunluğu 15-20 santimetr, çəkisi isə orta hesabla 1,7 kiloqram olur. Dəvəquşu yumurtasının qaynadılması isə 40 dəqiqə davam edir.
2. Bəzi insanlar kalori atmaq üçün idman edir. Amma yatdığımız zaman da vücudumuzda kalori azalarmış. Hətta yatarkən televizora baxarkən iki dəfə çox kalori yandırırıq.
3. Sizcə insan hansı orqanı olmadan yaşaya bilməz? Bu suala bir çox insan səhv cavab verir. Belə ki, insan bir böyrək, bir ağciyərlə, mədəsiz və dalaqsız uzun müddət yaşaya bilər. Lakin qaraciyərsiz bir dəqiqə belə yaşaya bilməz.
4. Taksilərlə bağlı maraqlı faktla davam edirik. Birinci Dünya müharibəsində Fransadakı bütün taksilərin toplanması barədə qərar verildi. Nə qədər maraqlı olsa da, əsgərlər cəbhələrə məhz həmin taksilərlə aparıldı.
5. Bəzi sərxoş insanlar ayılmaq üçün kofe içirlər. Əslində bu, doğru bilinən yanlışdır. Çünki kofe içmək sərxoş şəxsin ayılmasına kömək etmir. Əksinə, alkoqolun təsirini daha da artırır.
6. Hər gecə müxtəlif yuxular görürük. Maraqlıdır, ildə nə qədər yuxu görürük? Nə qədər qəribə də olsa, bu barədə araşdırma aparılıb və insanların il ərzində təxminən 1460 yuxu gördüyü müəyyən olunub.
7. Elə yuxu ilə davam edək. İnsanları bildik, bəs ilanlar? Yox, bu dəfə yuxudan bəhs etmirik. İlanların isə yatmağı uzun çəkir. Həmişə ayının çox yatdığını düşünsək də, bəzi ilanların 3 il yatdığı məlum olub.
8. Timsalarla bağlı təəccüblü bir məlumatı da diqqətinizə çatdırmaq istəyirik. Deməli, timsahlar daha dərinə batmaq üçün fərqli bir üsuldan istifadə edilər. Onların daş udaraq buna nail olduqları müşahidə olunur.
9. Dünyada ən çox ingilis dilində danışan insanların ABŞ-da yaşadığı düşünülür. Ancaq bu da səhvdir. Belə ki, dünyada ən çox ingilis dilində danışan insanlar məhz Çində yaşayırlar. Bu fərqə də səbəb Çinin əhalisinin ABŞ-dan dəfələrlə çox olmasıdır.
10. Qəribə faktla yekunlaşdıraq. Siz hansı əlinizlə yaza bilirsiniz? Cavabınız "sağ"dırsa, sizə şad xəbərimiz var. Araşdırmalar nəticəsində məlum olub ki, sağaxay insanlar solaxaylarla müqayisədə 9 il daha uzun yaşayır.
Pərviz