Xəstəlikdən qorxmayın, çünki...

18:35 / 22.01.2024
441

Bəzi insanlar xəstələnməkdən çox qorxurlar.

Təəssüf ki, bu qorxu insanların böyük əksəriyyətində var. Düzdür, heç kim xəstələnmək istəmir. Amma burada istəkdən deyil, qorxudan söhbət gedir. Çünki bəzi insanlar xəstələnməkdən o qədər qorxurlar ki, bunu psixoloji problem həddinə belə gətirirlər. Bu isə əlbəttə ki, ciddi fəsadlara yol açır.

Ümumiyyətlə, nəyinsə olacağına dərindən inansaq onun baş vermə ehtimalı böyük olur. Təbii ki, bu, nəyə inansaq qeyd-şərtsiz reallaşacaq demək deyil. Amma bəzi məqamlar var ki, onları inanma ilə özümüzə çəkə bilirik. Xəstəlik də bunlardan biridir.

Bəs bu necə olur?

Ətrafımızda kimsə xəstələnəndə narahat oluruq. Çünki həmin xəstəliyin bizə keçməsindən ehtiyat edirik. Ancaq bəzi şəxslər var ki, bu narahatlığı bambaşqa bir səviyyəyə çatdırırlar. Heç bir xəstəlik əlaməti hiss etməməsinə rəğmən, onu önləmək üçün dərmanlardan istifadə etməyə başlayırlar.

Üstəlik, bunu heç bir həkim məsləhəti olmadan edirlər. Həmçinin, xəstəlikdən xilas olmaq üçün atılacaq addımları atmağa başlayırlar. Nəticədə, sözügedən şəxslər xəstə olmamalarına rəğmən, özlərini xəstə olduqlarına inandırırlar. 

Bu inanc, qorxu və səbəbsiz yerə atılan dərmanlar isə əks təsir göstərir. Hətta onun immuniteti aşağı düşür və orqanizm xəstələnməyə hazır vəziyyətə gətirilir. Sonda adamın qorxduğu başına gəlir və xəstələnir. Bu zaman isə haqlı çıxdığı üçün məyusluq keçirir. Əslində isə haqlı çıxmayıb, əksinə özünü xəstələndirmək üçün hər şeyi edib.

Unutmayın ki, bəzi qorxular bizə problemlər yarada bilir. Xəstəlik qorxusu da bunlardan biridir. Əgər sağlam bir şəxs hər an xəstələnəcəyindən qorxarsa, bir müddət sonra onun xəstələnməyi sürpriz hesab olunmayacaq. Çünki o bir növ xəstələnməyi özünə təlqin edib. Doğrudur, bu, qrip və 3-4 günə keçən xəstəliklərdə o qədər də dəhşətli nəticə vermir. Amma bəzən daha ağır xəstəliyə yoluxacaqlarından qorxurlar ki, bu da öz növbəsində ağır fəsadlara yol açır. 

Düşüncənin necə mühüm rol oynadığına bu nümunə ilə baxa bilərik. Məsələn, həkim hansısa xəstəyə səhvən 6 ay ömrü qaldığını desə onun həyatı alt-üst olacaq. Əslində sağlam olan həmin adam ağır xəstə olduğuna və öləcəyinə o qədər inanacaq ki, bu düşüncə onu içdən-içə əridəcək. Nəticədə, həmin şəxs yalnış müalicə aldığı və ağır vəziyyətdə olduğuna inandığı üçün həqiqətən də dünyasını dəyişə bilir. 

Belə vəziyyətlər qarşısında özlərini itirməyənlər isə yenidən analiz verir və ya başqa həkimə gedərək əslində xəstə olmadığını görürlər. Amma ağır xəstə olan insan belə mənfi düşüncələrə qapılmadan, sağalacağına ürəkdən inanarsa, nəticədə sağalacaq. Bunun nümunələri onminlərdədir. 

Ona görə də nə xəstələnməkdən, nə də xəstəlikdən qorxmaq lazım deyil. Çünki doğru düşüncə, inanc və əzmlə bütün xəstəliklərin öhdəsindən gəlmək mümkündür... 

Pərviz

0