Hündürdaban ayaqqabıların sağlığa zərəri varmı?

MARAQLI
22:15 / 29.03.2024
297

Qadınların qarderobunda hündürdaban ayaqqabılar xüsusi yer tutur.

İstənilən libasa və qamətə gözəllik qatan hündürdaban ayaqqabılarda gəzmək heç də asan deyil. 

Bəs görəsən, bu ayaqqabıların  orqanizmə zərəri var?

Həkim-travmatoloq Tünzalə Baxşıyevaın Hit.az-a verdiyi açıqlamaya görə, bəli var. 

“Hündürdaban ayaqqabılardan uzun müddət istifadə etmək dayaq-hərəkət sistemnə zərbə vurmaq deməkdir. Gələcəkdə müxtəlif deformasiyalara, o cümlədən, artroz, axsamalar, damar problemlərinə səbəb ola bilər. Dikdaban ayaqqabılar bədənin ağırlıq mərkəzini qabağa çəkir, bel, kürək və digər nahiyələrin əzələləri yüklənir və gərginləşir, dizlərə əlavə yük düşür, oynağın iç strukturu zədələnir. Dikdaban ayaqqabılar ayaqlarda venaların çıxmasına, qamətin pozulmasına da səbəb ola ilər. Xüsusən artıq çəkili adamların hündürdaban ayaqqabı geyməsi tövsiyə olunmur”,- deyə o bildirib.

Murad

0