Ezoterik inciklik və xərçəng xəstəliyinin ortaq cəhəti barədə danışdı - Deyilənlərə inanmayacaqsınız

MARAQLI
21:56 / 01.04.2024
211

“İnsanların ən qorxunc duyğusu inciklikdir. Çünki inciklik xərçəng xəstəliyinə səbəb olur”.

Bunu Hit.az-a ezoterik Zülfüqar Xalıq söyləyib.

“İncikliklə xərçəng xəstəliyinin vibrasiyası bərabərdir, onlar eyni tezlikdə yerləşirlər. Hər bir insanın öz vibrasiyası və enerji tezliyi var. Qara düşüncələrə aludə olan insanların enerjisi və tezliyi düşür, mənəvi aləmini zənginləşdirən insanların isə tezliyi yüksək, aurası işıqlı olur. Belə adamlar istər- istəməz ətrafdakıları özlərinə cəlb edir, sevilirlər. Əgər bir insandan incidiyini dilə gətirir, bunu üzə vurursansa, bu qorxulu deyil. İçinə atıb , kin saxlamaq isə təhlükəli nəticələr verə bilir. Emosiyalarımızı gizlətmək istəyəndə daxili orqanlar spazm keçirirlər. Bu real, fiziki təsir  deməkdir. Beləcə orqanlar xəstələnir” deyən ezoterik əlavə edib ki, əgər biri siz çox incidir, dili ilə zəhərləyirsə, onu tanrının sizə göndərdiyi köməkçi, hədiyyə kimi qəbul edin.

Belə bir adam varsa, demək sizə incikliklərinizdən can qurtarmaq üçün fürsət verilib. Siz öz bədəninizə, şurunuza incinməyə icazə verməlisiz, ki, o özünü saldığı blokdan azad edə bilsin. Tanrının insanda yaratdığı bütün duyğuları insan yaşamalıdır ki, kamilləşə ilsin. Nələrdən ki, qorxub qaçacağıq, onu yaşamadan ölmürük”, deyə o əlavə edib.

Murad

0