Gicitkən dalamasını necə aradan qaldırmaq olar?

MARAQLI
22:34 / 03.04.2024
339

Yaz gəlir, təbiət oyanır. Bir çox bitkilər kimi gicitkənlər də baş qaldırır.

Kənd yerlərində yaşayanlar gicitkən dalamasının nə qədər yandırıcı olduğunu bilirlər. 

Düzdür, gicitkən faydalı dərman bitkisidir. Onun dalaması revmatizm, qaşınma kimi bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.  

Amma gicitkən dalamasından qorunmaq, onun daladığı yerin qaşıntsını, acısını kəsmək üçün nə eləmək olar?

Hit.az-a danışan türkəçarəçi Almaxanım Həkimoğlu deyir ki, təbiətdə hər dərdin dərmanı var. 

"Bunun üçün gicitkən dalayan yerə əməköməci yarpağını əzib  sürtmək kifayət edir. Dədə babadan deyirdilər ki, gicitkən dalar, əməköməci yalar. Əməköməcinin yumşaldıcı xüsusiyyəti var, hər növ qıcıqlanmanın qarşısnı alır. Əgər öskürəyiniz kəsmirsə, əməköməcini qaynadıb, suyunu için. Əməköməcidən hazırlanmış yaşıl şorba həm dadlı yemək, həm də can dərmanıdır", deyə o qeyd edib.

Murad

0