Kartof mətbəxlərin vazkeçilməz tərəvəzlərindən biridir.
Hit.az bildirir ki, kartofdan bir-birindən ləzzətli yeməklər hazılamaq mümkündür.
Amma çoxlarının bilmədiyi bir nüans var. Kartofu təkcə yemək üçün deyil, başqa məqsədlər üçün də istifadə edə bilərsiniz.
Belə ki, kartof güzgü təmizlənməsi zamanı sizə faydalı ola bilər. O güzgüdəki getməyən ləkələrə qarşı olduqca effektivdir.
Qeyd edək ki, kartofun tərkibindəki təbii turşular güzgülərdəki ləkələri və solğunluğu aradan qaldırır. Bununla da cəmi bir neçə dəqiqə ərzində təmiz və parlaq güzgüyə sahib ola bilərsiniz. Üstəlik, bu üsul həm ekoloji cəhətdən təmiz, həm də qənaətcildir.
Pərviz