Yay mövsümünün başlamağına ən çox məktəblilər sevinir. Məktəblilər dəftər-kitabı bir qırağa atıb, yayın dadını çıxarmağa çalışırlar.
Kimisi kompüterdə, telefonda, kimisi də həyətdə məhəllə dostları ilə oyunlar oynayır, bəziləri də istirahət üçün ailəsi ilə birlikdə müxtəlif məkanlara üz tutur.
Valideynlər isə övladlarının istirahət etməsi ilə yanaşı, onlar dərs oxumasını istəyir.
Uşaq psixoloqu Aynur Əliyeva Hit.az-a deyib ki, uşağın özündə belə bir istək olmalıdır. Onu nəyəsə məcbur etmək olmaz, lap etsək belə, istədiyimiz nəticəni əldə etməyimiz mümkün deyil:
“Bu, sadəcə, uşaqda aqressiya yaradacaq və valideynlə övlad arasındakı münasibətin korlanmasına səbəb olacaq. Valideyn anlamalıdır ki, uşaqlar onsuz da 9 ay dərsə gedib, yorulublar. Bunun üçün də yayda dərslə məşğul olma prosesini daha əyləncəli, maraqlı şəkildə təşkil etməlidirlər”.
Sevinc