Uşaqlar niyə yalan danışır?

MARAQLI
22:13 / 12.07.2024
901

Uşaqlar saf olduqları üçün hər şeyini düzünü məhz onlar deyir.

Ancaq bəzən uşaqlar da bilərəkdən yalan danışmağa üstünlük verir.

Maraqlıdır, uşaqlar niyə yalan danışır?

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bəzən uşaqlar bir istəklərini, ehtiyaclarını dilə gətirmək üçün də yalan danışa bilirlər:

“Uşaq yalan danışırsa, erkən uşaqlıq dövründəki xəyali ifadələrdən başqa, bir şey düzgün deyil. Bu nöqtədə yalan danışma davranışı vərdiş halına gəlməzdən əvvəl uşağın niyə yalan danışdığını anlamaq, yalan danışmağa səbəb olan prosesləri və altında yatan bir psixopatologiyanın olub olmadığını qiymətləndirmək lazımdır. Bunu unutmayın ki, əgər uşaqlarda yalan danışma davranışı varsa, psixopatologiya üçün əsas səbəblərin aradan qaldırılması və müdaxilələrlə müalicə edilə bilən bir vəziyyətdir”.

Psixoloq qeyd edib ki, uşaq yanlız ata və anaya yalan danışırsa, və onların reaksiyalarından qorxursa, ilk öncə bunun səbəbini araşdırmaq lazımdır. Yalan ortaya çıxan zaman verilən yanlış reaksiya sözlə və ya fiziki şiddət kimi səhv davranışlar heç vaxt həll yolu deyil: 

“Uşağa yalan danışmağın mənfilərini söylədikdən sonra belə bir davranışın bizim və digərləri tərəfindən qəbul edilməyəcəyi izah edilməli, doğru söyləməyin əhəmiyyətini bilmədiyi üçün belə davranmış ola biləcəyi və bundan sonra daha diqqətli olacağına dair ona güvəndiyimizi bildirməliyik. Nəsihətin az, dinləmənin çox olduğu bir dialoqdan istifadə edilməlidir. Əgər bunlara baxmayaraq uşaq yalan danışmağa davam edirsə, bu zaman psixoloq yardımı alınmalıdır. Bu ona görə vacibdir ki, uşaq yalan danışmağı alışqanlıq halına gətirməsin, və yalanı ortaya çıxaran əsas səbəb tapılsın və həll edilsin”.

Sevinc

0