Yerdəki ən böyük balıqlar iqlim dəyişikliyinə görə ac qala bilər

MARAQLI
19:30 / 24.10.2024
48

Kvinslend Universitetinin avstraliyalı alimləri belə qənaətə gəliblər ki, gələcəkdə iqlim dəyişikliyi nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan Yer kürəsinin ən böyük balıqları - balina köpəkbalıqlarının qida ehtiyatını poza bilər. 

HİT.az xəbər verir ki, tədqiqat "Science of the Total Environment" (STTE) elmi jurnalında dərc olunub.

Müşahidələrlə təsdiqlənən balina köpəkbalığının ölçüsü ən azı 12,6 metr uzunluğundadır. Lakin hesablamalar göstərir ki, bəzi fərdlər 18 və hətta 20 metrə qədər böyüyə və onların çəkisi 30 tonu keçə bilər və bu da yetkin bir göy balinanın çəkisi ilə müqayisə edilə bilər. 

Biotemetriya və köpək balığı ilə ötürülən elektron etiketlərdən istifadə edərək komanda temperaturun dəniz nəhənglərinin maddələr mübadiləsinə və hərəkətinə təsirini qiymətləndirib.

Hind Okeanındakı balina köpəkbalığı yerlərində temperatur 2100-cü ilə qədər 4,9°C yüksələ bilər. Bu, köpəkbalıqlarının maddələr mübadiləsi sürətini və enerji ehtiyaclarını artıracaq.

İqlim istiləşməsi bu balıq növünün əsas qida mənbəyi olan zooplanktonun populyasiyasını da azaldacaq.

Məqalə müəlliflərinin fikrincə, tədqiqat dəyişən iqlim şəraitində dünya okeanının sakinlərinin qorunmasının zəruriliyinə diqqəti cəlb etməlidir.

Samir
 

0